"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mahir Fətəliyev: “Bələdiyyələr hər bir vətəndaşın dostu olmali, onun problemlərini həll etməlidir”-GüLXAR RəHiMLiNiN MüSAHiBəSi

--2018-11-17 / 13:59

Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər əliyevin adı ilə bağlıdır. Heydər əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Milli lider Heydər əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: “Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görülə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Məhz milli liderin tövsiyyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir. Ötən illərin təcrübəsi onların təşəkkül taparaq əhali arasında yüksək nüfuz qazanmasını şərtləndirib. Həmin müddət ərzində bələdiyyələri təmsil edən qurumlar ictimaiyyətdə yerli özünüidarəetmə orqanları barədə müəyyən təəssürat yarada biliblər. Onların bir çoxu isə istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq işini günün tələbləri səviyyəsində qurmağı bacarmışdır. Bu cür yerli özünüidarəetmə qurumlarından biri də Xaçmaz bələdiyyəsidir. Bəs, “ Xaçmaz bələdiyyəsinin uğurları” deyəndə ilk növbədə hansı amillər önə çəkilməli, hansı məqamlara toxunulmalıdır? Bu suala aydınlıq gətirmək üçün Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyevlə həmsöhbət olduq.

Mahir müəllim, Xaçmaz bələdiyyəsi 2018-ci ilin ötən 9 ayını hansı göstəricilərlə başa vurmuşdur?

-Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. şəhərimizin təmizliyi, abadlığı, yaşilliqların salınması və s. problemlərin həll olunması bələdiyyəmizin əsas vəzifəsidir. Bundan əlavə yaşlı, tənha, imkansız, şəhid ailələrinə və s. bütün təbəqədən olan sakinlərinin yanında olduğumuzu hər zaman hiss etdirməyə çalışırıq. Bayramlarda , əlamətdar günlərdə nümayəndələrimiz onlara evlərinə baş çəkir, onları narahat edən məsələlərin aradan qaldırılmasına yardımçı olur.

Ötən 9 ay bələdiyyənin gördiyü işlərlə əlamətdardır. N. Nərimanov küçəsində yaşayan şəhid ailəsi bələdiyyəyə müraciət edərək yol kənarındakı ağacın aşma təhlükəsi olduğunu bildirib, əməkdaşlarımızın köməkliyi ilə həmin ağacın başqa yerə köçürülməsinə nail olduq. Bundan əlavə M. Hüseynzadə küçəsində də belə bir ağacın olduğu haqqında məlumat almışıq. Regional Ekalogiya idarəsindən artıq rəsmi cavab aldıqdan sonra o məsələ də həllini tapacaqdır.

Mahir müəllim, özünüz qeyd etdiniz ki, yaşıllıqların qorunması, küçələrin abadlığı ilə yaxından maraqlanırsınız?

Keçən müddət ərzində dəmir yolunun aşağı hissəsində rus icmasına məxsus 4 ha qəbirstanlıq ərazisi var. Oranın bütün ərazisi təmizlənmiş, quru ağaclar kəsilmiş ərazi dəmir torla əhatə olunmuşdur. Qaraçı yeni yaşayış massıvındə yeni yol salınmış, 61-ci kvartalda yola çınqıl döşənmişdır. Hacı Zeynalabdin Tağıyev küçəsində yol tamamilə abadlaşdırılmış, Akademik Zərifə əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin qarşısındakı keçid təmir olunmuşdur. şəhər ərazisində həlli vacib məsələlər çoxdur. Xaçmaz şəhər 5 nömrəli məktəb yanacaqla təmin edilmişdır.

Xaçmaz rayon icra Hakimiyyətinin başçısı cənab şəmsəddin Xanbabayevin təşəbbüsü ilə “ Çənlibel” istirahət parkında qüllə ucaldılır. Onun tikintisinə yardım məqsədi ilə Xaçmaz bələdiyyəsi də köməklik göstərir.

Bəs, vergilərin yiğılması ilə bağlı nə deyə bilərsiniz?

-Vergi yığmaq prosesi həqiqətən də bizim üçün problemlər yaradır. Nədənsə əhali vergidən yayınır. Bu da, bizim işimizi çətinləşdirir. Lakin, biz işimizi günün tələblərinə uyğun qururuq. 2018-ci il də qarşıda duran vəzifələrin öhtəsindən gələcəyimizə ümid edirəm.

Maraqlı məlumat üçün sizə təşəkkürümüzü bildiririk.

-Xaçmaz bələdiyyəsi olaraq qəzetinizə daim bələdiyyəmizin gördüyü işləri işıqlandırdığınıza görə minnətdaram!

GÜLXAR Rəhimli,

“ XAÇMAZ” qəzeti

 

 

ŞƏRHLƏR